Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin daxil olduğu Avropa Xalq Partiyası (AXP) Aİ-nin növbəti çoxillik büdcəsindən Qəzza sektorunun bərpasına 15 milyard avronun ayrılmasına qarşı çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Politico"nun avropa nəşri məlumat yayıb.
Məlumata görə, AXP "Yaşıllar"ın Aİ-nin 200 milyard avroluq xarici yardımından Qəzzaya 15 milyard avro ayrılmasını təklif edən düzəlişini rədd edib. AXP bəyan edib ki, bərpa üzrə dəqiq plan razılaşdırılmamışdan əvvəl anklav üçün vəsait ayırmaq vaxtından əvvəldir.
Bununla yanaşı, Avropa Parlamentindəki (AP) digər bir sıra siyasi qüvvələr, o cümlədən Sosialistlər və Demokratlar, "Avropanı yeniləyin" və Solçular Qəzza sektoruna maliyyə yardımı göstərilməsinin lehinə çıxış ediblər.
Buna baxmayaraq, "Politico" qeyd edir ki, Avropa Parlamentinin yardım fondu ilə bağlı yekun mövqeyində Qəzza sektoru üçün konkret məbləğin ayrılması bəndinin olacağı ehtimalı azdır.
Taxıl ixracındakı problemlər səbəbindən Ukraynanı maliyyə böhranı təhlükəsi gözləyir
ABŞ-nin Qrendlandiyadakı yeni hərbi bazaları 2030-cu ilə qədər qismən fəaliyyətə başlayacaq
Hörmüz boğazı artıq bir neçə aydır İranın nəzarəti altındadır - İranlı general