Macarıstanın cari həftədə Ukraynanın Avropa İttifaqına üzvlüyü üzrə danışıqların texniki mərhələsinə qoyduğu vetonu ləğv edəcəyi gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Macarıstanın baş nazir Peter Madyar diplomatlara Ukrayna və Moldovaya iki növbəti danışıqlar blokunun – daxili bazar və rəqabətqabiliyyətlilik siyasətinin mümkün açılması ilə bağlı məktubların göndərilməsini əngəlləməməyi tapşırıb.
Qəzet vurğulayır ki, bu, prosedur xarakterli, lakin simvolik addımdır. Nəşr qeyd edir ki, Macarıstanın danışıqlar bloklarının açılmasına tam siyasi dəstəyi Ali Radanın oktyabrın 12-də azlıqların təhsil hüquqları haqqında qanun layihəsini qəbul edib-etməyəcəyindən asılı olacaq. Ukraynadakı macar azlığının hüquqları uzun müddətdir ki, Budapeşt üçün əsas məsələdir və qanun layihəsi Macarıstan rəsmilərinin mövqeyi nəzərə alınmaqla hazırlanıb.
Qəzetin mənbəsi iddia edir ki, Ukraynanın Aİ yolu formalaşmağa başlayıb, çünki əgər iki danışıqlar bloku razılaşdırılarsa, açılmamış yalnız iki blok qalacaq. Birincisi yaşıl gündəliyə, ikincisi isə kənd təsərrüfatı və regional siyasətə aiddir. Avropa Komissiyası həmin bloklar üzrə ilin sonunadək razılığa gəlinəcəyinə ümid edir.
Gürcüstan ukraynalı qaçqınlar üçün sosial ödənişlərin müddətini yanvarın 1-dək uzadıb