05 oktyabr 2026 16:33
90

Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir

Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin (EUIPO) saytında İtaliyanın baş naziri Ciorcia Meloni səsini ticarət nişanı kimi qeydiyyatdan keçirmək üçün müraciət etdiyi barədə məlumat dərc olunub. Saytda qeyd olunduğu kimi, müraciət baxılma mərhələsindədir.

“İki sahil” xəbər verir ki,  "La Repubblica" qəzetinin yazdığına görə, baş nazir qeydiyyat üçün dörd saniyəlik səs yazısı göndərib; həmin yazıda o, "Mən Corca Meloniyəm" ifadəsini iki dəfə səsləndirir. Qeyd olunduğu kimi, xanım Meloni səsini süni intellekt alətləri və dipfeyklər tərəfindən qeyri-qanuni istifadə edilməsinin qarşısını almaq məqsədilə qeydiyyata alır.

Aİ qanunvericiliyinə uyğun olaraq, EUIPO-da qeydiyyatdan keçdikdən sonra baş nazirin səsindən hər hansı qeyri-qanuni istifadə müəllif hüquqlarının pozulması kimi qiymətləndiriləcək. Bu, xanım Meloniyə Aİ-nin istənilən ölkəsində pozulara qarşı məhkəməyə müraciət etməyə imkan verəcək, çünki qeydiyyat bütün ittifaq ərazisində qüvvədədir. Qəzet xatırladır ki, Avropanın bəzi ölkələrində viral videolar yaradan, deyilməmiş sözlərdən ibarət kliplər hazırlayan və ya səsin fərqli xüsusiyyətlərindən gəlir əldə edən hər kəsi cinayət məsuliyyəti gözləyir. İtaliyada isə daha ağır hallarda belə əməllər həbs cəzası ilə nəticələnə bilər.

Ciorcia Meloni özü hələ ki vəziyyətlə bağlı hər hansı şərh verməyib.