06 oktyabr 2026 08:17
174

Tramp Vilnüsün təklifini nəzərdən keçirəcək

ABŞ administrasiyası Litva ərazisində daimi Amerika hərbi bazasının yaradılması ilə bağlı Vilnüsün təklifini nəzərdən keçirəcək.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Biz, şübhəsiz ki, bu məsələni nəzərdən keçirəcəyik. Mən Litvada çoxlu insan tanıyıram. Onlar gözəl insanlardır”, – Tramp deyib.