Türkmənistdanda qarşılıqlı ticarəti dərinləşdirmək və ortaq ekoloji çağırışlar, xüsusilə də Xəzər dənizinin dayazlaşması ilə bağlı müzakirələr aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Avaza" Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib. Onun sözlərinə görə, güclü siyasi etimad real regional dayanıqlılıq və qarşılıqlı əlaqəliliyə çevrilir. "Orta Dəhlizin yükdaşıma imkanlarını artırmaq, rəqəmsal şəbəkələri genişləndirmək, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında strateji yaşıl enerji tərəfdaşlığını inkişaf etdirmək üçün konkret birgə addımları vurğuladıq", - nazir "X" sosial şəbəkə hesabında yazıb.
Qeyd olunub ki, qarşıdan gələn Zirvə görüşünə hazırlıqlar da nəzərdən keçirilib.
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub
Komitə sədri: Əsas nəticə öz kimliyini dərk edən, müstəqil düşünən, düzgün seçim edə bilən və dövlətçilik məsuliyyətini anlayan vətəndaşdır
"Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfrans keçirilir