İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Qeyd edilib ki, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
YAP Kürdəmirdə Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələri müzakirə edib
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib
Ağdaş Mərkəzi Rayon Xəstəxanasında YAP-ın VIII Qurultayının hədəflərinə dair tədbir keçirilib