09 oktyabr 2026 12:36
127

ABŞ Sahil Mühafizəsində yeni xidmətə başlayanların sayında rekord qeydə alınıb

ABŞ Sahil Mühafizəsi ölkənin dəniz sərhədlərinə nəzarətin gücləndirilməsi kampaniyası çərçivəsində 2026-cı ildə son 40 ilin rekord sayda hərbi qulluqçusunu sıralarına qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatlarına istinadla "Fox News" telekanalı məlumat yayıb.

Sentyabrın sonunda başa çatan 2026-cı maliyyə ilinin yekunlarına əsasən, Sahil Mühafizəsinə 5,4 min nəfər qəbul edilib. Həmçinin 2026-cı ildə 346 nəfər zabit rütusəsinə layiq görülüb ki, bu da xidmət tarixində ikinci göstəricidir.

Cari ildə Sahil Mühafizəsi həmçinin işə qəbul üzrə dörd yeni ofis açıb və kadrların hazırlığı mərkəzinin modernləşdirilməsi üçün 400 milyon dollarlıq müqavilə bağlayıb. Sahil Mühafizəsinin tərkibinin genişləndirilməsinin məqsədi qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaqdır.