09 oktyabr 2026 13:02
96

Litvada Belarusdan qaçaqmal siqaret daşıyan doqquz hava şarı ələ keçirilib

Litva sərhəd mühafizəsi əməkdaşları Belarus ərazisindən buraxılmış və siqaret qaçaqmalçılığı daşıyan 9 hava şarını ələ keçiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə baltikyanı respublikanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizəsi Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ötən sutka ərzində Varena, Kayşadorys, Panevejis və Ukmərge rayonlarında Belarusdan hava şarlarının köməyi ilə siqaret qaçaqmalçılığının çatdırılmasına dair doqquz cəhdin qarşısı alınıb.

Belarus istehsalı olan 55 min qutu siqaret müsadirə edilib.

2026-cı ilin əvvəlindən bəri Litva sərhədçiləri qeyri-qanuni biznes təşkilatçılarının 166 hava şarını və tütün qaçaqmalçılığı daşıyan 61 pilotsuz uçuş aparatını ələ keçiriblər.