09 oktyabr 2026 13:38
139

Pezeşkian "MDB +1" formatının yaradılmasını təklif edib

İran Prezidenti Məsud Pezeşkian MDB sammitində Birlik ilə Tehran arasındakı qarşılıqlı fəaliyyət üçün "MDB +1" formatının yaradılmasını təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Xatırladaq ki, Türkmənistanın Türkmənbaşı şəhərində "Avaza" Milli Turizm Zonasında keçirilən MDB dövlət başçılarının sammitində İran lideri ilk dəfə olaraq iştirak edir.