Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirə keçirilib.
Müşavirədən öncə iştirakçılardan bir qrupu Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Müşavirədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirəni açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya ölkə Prezidenti, Müzəffər Lider cənab İlham Əliyevin nitqində ifadə olunan müddəalarla bağlı ətraflı məruzə edib, nitqdə qarşıya qoyulmuş prioritet istiqamətlər və konkret vəzifələrdən danışıb. Bildirib ki, dövlətimizin hərtərəfli gələcək inkişafı üçün Ulu öndər Heydər Əliyev ideyalarına və bu ideyaların cənab İlham Əliyevin rəhbərliyi altında yeni dinamizminə arxalanırıq və bunun üçün hər birimiz yenə də dəmir yumruq kimi xalq iqtidar birliyini qorumalıyıq.
Müşavirədə çıxış edən Millət vəkili Fatma Yıldırım bildirib ki, dövlət suverenliyimizin bərpasından sonra ilk dəfə keçirilən YAP-ın VIII Qurultayında ölkə Prezidenti cənab İlham Əliyev nitqində həm ölkə vətəndaşlarına, Partiya üzvlərinə, həm də bütün dünya dövlətlərinə mühüm mesajlar verdi. Bu mesajlar hər birimizin qarşısına müəyyən məqsəd və vəzifələr qoyur. Bu bu məqsədləri və vəzifələri həyata keçirmək üçün məsuliyyətlə və var gücümüzlə çalışmalıyıq.
Müşavirədə VIII Qurultayın nümayəndələri Kəmalə Rəfibəyli, Rüxsarə Mirzəyeva, Gülbəs Məmmədova, Raqub Yunusov və Etibar Hüseynova dövlət başçısı cənab İlham Əliyevin aydın yol göstərən parlaq nitqinə əsaslanan çıxışlar ediblər.
Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Kubalı peşəkar voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində reabilitasiya keçərək uğurlu nəticə əldə edib
Aqrar Xidmətlər Agentliyində “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
İİTKM-də “Təhlükəsizlik mədəniyyəti və risklərin idarə edilməsi” mövzusunda görüş keçirilib
Sumqayıtda sakinlərin müraciətləri dinlənildi, bir sıra məsələlər yerindəcə həll olundu
Vəkillər Kollegiyasının sədri Türkiyədə Beynəlxalq Ədalət Sammitində çıxış edib