ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar tətbiq edib.
“İki sahil” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlayıb. O bildirib ki, məhkəmə ilə maliyyə və kommersiya əməliyyatları qadağan ediləcək, qurumun resursları və fəaliyyət imkanları məhdudlaşdırılacaq.
Rubio deyib ki, Vaşinqton ICC və Roma Statutuna üzv dövlətlərə ABŞ-nin narahatlıqlarını aradan qaldırmaq üçün danışıqlar imkanı verir. O, nəticə əldə olunmayacağı təqdirdə tədbirlərin daha da sərtləşdirilə biləcəyini vurğulayıb.
MDB 2028-ci ili Sosial İnkişaf, 2029-cu ili isə Nəqliyyat Bağlantıları İli elan edib
Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib