10 oktyabr 2026 09:18
122

Meksikanın “El-Kastilyo” həbsxanasında yeni iğtişaş: Ölənlər var

Meksikanın Sinaloa ştatındakı "El-Kastilyo" həbsxanasında baş verən iğtişaş ölümlə nəticələnib.

“İki sahil” xəbər verir ki, məhbuslar arasında çıxan davada iki nəfər ölüb. Hadisə yerinə göndərilən xüsusi təhlükəsizlik qrupu vəziyyəti nəzarət altına alıb. Faktla bağlı araşdırma başlanılıb.

"El-Kastillo" həbsxanasında iki gün əvvəl də toqquşma baş verib. Nəticədə 10 nəfər ölüb. Onlardan biri məhbus yanına gələn ziyarətçi olub. 16 məhbus isə yaralanıb.

Həmin hadisədən sonra hakimiyyət orqanları həbsxanaya ziyarətləri müvəqqəti olaraq dayandırıb.