10 oktyabr 2026 13:13
115

Nyu-Dehlidə etirazlar səbəbindən metro bağlanıb və mobil internet kəsilib

Hindistanın seçki komissiyası rəhbərinin istefası tələbi ilə Nyu-Dehlinin mərkəzində keçirilən gənclər aksiyasının 200-ə yaxın iştirakçısı saxlanılıb.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, hakimiyyət orqanları metro stansiyalarını və bazarları bağlayıb, mobil interneti kəsib və təhlükəsizlik tədbirlərini gücləndirib.

Aksiyanı "Cockroach" ("Tarakan") gənclər hərəkatı təşkil edib. İştirakçılar seçici siyahılarına yenidən baxıldığına görə Hindistanın baş seçki komissarı Qyaneş Kumarın əleyhinə çıxış edirlər.

Nyu-Dehlidə minlərlə təhlükəsizlik əməkdaşı xidmətə cəlb olunub.

"Demokratiyanı xilas etmək" şüarı altında keçirilən aksiya ötən həftə başlayan etirazlardan ən böyüyü olmalıdır. Buna "Indian Express" qəzetində dərc olunan məqalə səbəb olub. Belə ki, məqaləyə əsasən, Kumarın müavinləri seçici siyahılarının yenidən nəzərdən keçirilməsi ilə bağlı onun mövqeyinə şübhə ilə yanaşıb və etirazlarını bildiriblər. Nəticədə siyahılardan təxminən 130 milyon nəfər çıxarılıb.