Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığının böyük hissəsi Amerika tərəfinin xahişi ilə Ukrayna münaqişəsinin nizamlanmasına ilə bağlı olub.
“İki sahil” xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının böyük hissəsi Ukrayna münaqişəsinin nizamlanmasına həsr olunub”, – deyə Peskov bildirib.
Bundan əvvəl Tramp Putinlə telefon danışığından sonra Ukrayna münaqişəsinin nizamlanması prosesinin sürətlə irəlilədiyini bəyan edib.