10 oktyabr 2026 19:11
113

Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək

Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Şurasına Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı təklif etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə o, "Yle"nin efirində bildirib.

"Avropa Şurasının növbəti iclasında təklif etmək niyyətində olduğum konkret addımlardan biri rusiyalılara Avropaya turist vizalarının verilməsinin dayandırılmasıdır", - baş nazir deyib.

O, həmçinin Rusiyanın Avropa ərazisində təxribatlar törətməyə çalışa biləcəyindən narahatlığını ifadə edib.