Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarını ABŞ-nin Rusiya dizelinin tədarükü ilə bağlı siyasətindəki dəyişiklik fonunda şərh edib.
“İki sahil” xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərin ABŞ tərəfindən Rusiya dizelinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı sualını cavablandırarkən danışıb.
Baş nazir qeyd edib ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmadığı dövrdə ölkəyə qarşı çoxsaylı tənqidlər səsləndirilib. O, hazırkı vəziyyətin Tbilisinin həmin vaxt qəbul etdiyi qərarın düzgün olduğunu göstərdiyini iddia edib.
"Bir daha aydın oldu ki, Rusiyaya qarşı sanksiyalara qoşulmadığımız zaman tamamilə rasional və praqmatik, düzgün və alternativsiz qərar vermişik", - hökumət başçısı vurğulayıb.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü 2027-ci il aprelin 7-dək sanksiyalardan azad edib.
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib