10 oktyabr 2026 21:54
100

Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib

Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci assambleyasında birliyin yeni sədri və baş katibi seçilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “İki sahil”ə verilən məlumata görə, Türkiyə Sığorta Assosiasiyasının sabiq sədri Atilla Benlinin namizədliyi sədr vəzifəsinə irəli sürülüb.

Səsvermənin nəticələrinə əsasən, A. Benli yekdilliklə yeni sədr seçilib.

Assambleyada Türk Dünyası Sığorta Birliyinin baş katibi vəzifəsinə isə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktorunun müşaviri Məmməd Ağayevin namizədliyi irəli sürülüb. Təsisçilərin səsverməsi nəticəsində onun namizədliyi də yekdilliklə qəbul edilib.

Tədbir çərçivəsində birliyin 3-cü assambleyasının 2027-ci ildə Özbəkistanda keçirilməsi barədə də qərar qəbul olunub.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci ildə Azərbaycan və Türkiyənin sığorta assosiasiyalarının birgə təşəbbüsü ilə təsis edilib. 2025-ci ildə Azərbaycanın Şuşa şəhərində keçirilən 1-ci assambleyada isə birlik Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə uyğun olaraq yenidən formalaşdırılıb.