10 oktyabr 2026 23:35
125

Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının əməliyyat fəaliyyəti şənbə günü baş vermiş hücumlardan sonra müvəqqəti olaraq dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, hava limanı dəymiş ziyanın qiymətləndirilməsi və obyektlərin təhlükəsizliyinin yoxlanılması başa çatana qədər fəaliyyət göstərməyəcək.

"Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı şənbə günü günün ikinci yarısında hücuma məruz qalıb. Hücum nəticəsində bir neçə nəfər yaralanıb, hazırda onların dəqiq sayı müəyyənləşdirilir", - qurumun bəyanatında bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının "Saudia Airlines" milli aviaşirkətinin pilotu və ölkənin daha iki vətəndaşı husilərin Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına endirdiyi zərbələr nəticəsində həlak olub.