11 oktyabr 2026 15:22
140

BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində dron hücumuna məruz qalan MT GEM No. 2 tankerindəki 22 hindistanlı dənizçinin hamısı xilas edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Hindistanın Dubaydakı Baş Konsulluğu məlumat yayıb.

"Konsulluq Göyərtəsində 22 hindistanlı dənizçinin olduğu MT GEM No. 2 tankeri ilə bağlı hadisədən məlumatlıdır. Onların hamısı xilas edilib və təhlükəsizdir", - diplomatik nümayəndəliyin açıqlamasında deyilir.

Daha əvvəl "The Indian Express" qəzeti Panama bayrağı altında üzən MT GEM No. 2 tankerinin BƏƏ sahillərində dron hücumuna məruz qaldığını xəbər verib.

Hadisənin səbəbləri araşdırılır.