İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Möhsün Rezai bildirib ki, ABŞ-nin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hörmüz boğazı ətrafındakı bəzi obyektləri hədəf alına bilər.
“İki sahil” xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi M. Rezai bunu "Press TV"yə müsahibəsində açıqlayıb.
"Amerikanın BƏƏ və Hörmüz boğazı ətrafında çox bahalı aktivləri var ki, biz onları hələ də öz hədəflərimiz sırasına daxil etməmişik", - Rezai deyib və xəbərdarlıq edib ki, əgər müharibə yenidən başlasa, bu obyektlər İran ordusunun hədəfinə çevriləcək.
Onun sözlərinə görə, söhbət kabellər, data mərkəzləri, süni intellekt təsisatları və saytlardan gedir: "Bu obyektlərin ümumi dəyəri 2 trilyon dollardan çoxdur".
Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq