12 oktyabr 2026 00:55
118

İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib

İran hakimiyyəti Hörmüz boğazından bort naviqasiya və identifikasiya sistemləri söndürülmüş vəziyyətdə keçməyə cəhd edən bütün gəmiləri düşmən hesab edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin xüsusi bəyanatında bildirilib.

"Hörmüz boğazında naviqasiya və identifikasiya sistemlərini söndürən bütün gəmilər düşmən kimi qiymətləndiriləcək", – bəyanatda qeyd olunub.

İran hərbçiləri belə hallarda həmin gəmilərin "qətiyyətli şəkildə cəzalandırılacağını" da bildiriblər.

Məlumatda iddia olunur ki, oktyabrın 10-dan etibarən İranın Hörmüz boğazından keçidlə bağlı müəyyən etdiyi qaydaları pozan üç tanker dəniz minalarına düşərək partlayıb və yanıb.