Yapon miniraketinin buraxılışı uğursuzluqla nəticələnib. Raketin uçuşu texniki səbəblərə görə dayandırılıb.
Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyinin (JAXA) bu barədə yaydığı məlumatda bildirilir ki, raketin buraxılışı bazar günü saat 8:33 dəqiqədə Uçinoura kosmik mərkəzindən həyata keçirilib.
JAXA-nın rəsmi nümayəndələri mətbuat konfransında qeyd ediblər ki, raketin birinci səviyyəsi işə salındıqdan 20 saniyə sonra onunla əlaqə kəsilib və məlumatların mərkəzə ötürülməsi dayanıb. Raketin uçuş təhlükəsizliyinin qeyri-mümkünlüyünü nəzərə alan JAXA rəhbərliyi onun uçuşunu dayandırmağı qərara alıb. Raketin ikinci səviyyəsinin alışdırılması həyata keçirilməyib.