Norveçin Avropa İttifaqına (Aİ) ehtimal olunan üzvlüyü mövzusu ölkədə demək olar ki, müzakirə olunmur.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ture Sannvik"TVP World" telekanalına müsahibəsində bildirib.
"Norveçdə bu məsələ ilə bağlı müzakirələr demək olar ki, aparılmır. Norveçin Aİ-yə daxil olması haqqında danışıqlar həmişə olacaq, lakin Rusiya ilə münasibətlərdə hazırkı kimi kritik vəziyyətdə olmadığımız zaman proseslərin necə inkişaf edəcəyinə baxacağıq", — deyə Norveç Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Sannvik, həmçinin qeyd edib ki, Norveç ilə Aİ-ni sıx əməkdaşlıq bağlayır və bu əlaqələrin, o cümlədən təhlükəsizlik sahəsində daha da necə möhkəmləndirilə biləcəyi məsələsi müzakirə olunmağa davam edir.
Lukashenko: Avropanın nüvə silahı düşüncəsiz siyasətçilərin əlində təhlükəli silaha çevrilib
Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var