13 oktyabr 2026 15:45
100

Əfqanıstanda BBC-nin radio yayımı dayandırılıb

Əfqanıstanda Taliban hökuməti Britaniyanın BBC korporasiyasının ölkə ərazisində radio yayımını dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Taliban hökumətinin İnformasiya və Mədəniyyət Nazirliyinin sosial şəbəkələrə nəzarət idarəsinin rəhbəri Səfiulla Raed TOLO News telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, qərar BBC-nin dəfələrlə yol verdiyi “səhvlər” səbəbindən qəbul edilib. Bununla belə, nazirlik nümayəndəsi konkret olaraq hansı səhvlərin nəzərdə tutulduğunu açıqlamayıb.

“Ettelaat Roz” qəzetinin yazdığına görə, BBC-nin Əfqanıstan üçün hazırladığı radio proqramları yayımlanmaqda davam edir və onları qısa və orta dalğalarda dinləmək mümkündür.

BBC korporasiyası ölkə üzrə radio yayımının dayandırıldığını təsdiqləyib. Korporasiyanın nümayəndəsi Reuters agentliyinə bildirib ki, yaranmış vəziyyətin həlli üçün Əfqanıstan hakimiyyəti ilə əlaqə saxlanılır.