NATO Bolqarıstan sahilləri yaxınlığında gəmilərə pilotsuz uçuş aparatlarının (PUA) zərbələri endirilməsindən sonra Qara dənizdəki vəziyyəti izləyir və zərurət yaranacağı təqdirdə regionda müdafiə məsələləri üzrə öz mövqelərini tənzimləməyə hazırdır. Bu barədə NATO-nun baş katibi Mark Rütte Bolqarıstanın baş nazir əvəzi Rumen Radev ilə telefon danışığından sonra bildirib.
“İki sahil” xəbər verir ki, Rütte "X" sosial şəbəkəsində yazıb: "NATO Qara dənizdəki blok ölkələri ilə sıx əməkdaşlıq edəcək. NATO regiondakı təhlükəsizlik vəziyyətini diqqətlə izləyir və zərurət yarandıqca müdafiə və çəkindirmə mövqelərini tənzimləyir".
Xatırladaq ki, oktyabrın 6-da Bolqarıstanın müstəqil iqtisadi zonasında PUA hücumundan sonra 10 nəfərlik ekipajı olan Toqo bayrağı altında üzən "Alfa Watan" gəmisi batıb. Hadisə baş verən yerdə dənizin dərinliyi təxminən 2 kilometrdir. PUA hücumlarından sonra güclü yanğın baş verən digər "Able" gəmisinin 18 dənizçisi təxliyə edilib.
Ukraynada hərbi sənaye işçiləri üçün 100 faizlik səfərbərlikdən azadolunma ləğv edilə bilər
Zelenski Ukraynanın tərəfdaşlarından kəşfiyyat məlumatları almadığını təsdiqləyib