Böyük Britaniyada 2014-cü ildən bəri yaradılan hər beş yeni iş yerindən dördü miqrantların payına düşüb.
“İki sahil” “The Telegraph”a istinadla xəbər verir ki, bu barədə Sosial Ədalət Mərkəzinin apardığı araşdırmada bildirilir. Araşdırmaya əsasən, 2014-cü ildən 2025-ci ilin sonunadək Böyük Britaniyada PAYE vergi sistemi üzrə qeydə alınan iş yerlərinin sayı təxminən 3,7 milyon artıb. Bu iş yerlərindən 734 mini Britaniya vətəndaşlarının, 408 mini Avropa İttifaqı ölkələrinin vətəndaşlarının, təxminən 2,5 milyonu isə Aİ-yə daxil olmayan ölkələrin vətəndaşlarının payına düşüb.
Hesabatda qeyd olunur ki, artımın böyük hissəsi 2020-ci ildən sonraya təsadüf edir. Həmin dövrdə Böyük Britaniyada işləmək və ya təhsil almaq məqsədilə təxminən 4 milyon miqranta viza verilib. Mərkəzin təhlilinə görə, 2020-ci ildən bəri Aİ-yə daxil olmayan ölkələrin vətəndaşlarının tutduğu rəsmi iş yerlərinin sayı 2,1 milyon artıb.
Araşdırma, həmçinin eyni dövrdə işsizliyə və əmək fəaliyyəti ilə məşğul olmamağa görə sosial müavinət alan şəxslərin sayının 2,3 milyon nəfər artdığını göstərib. Bu şəxslərin böyük hissəsini Britaniya vətəndaşları təşkil edir.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var