14 oktyabr 2026 09:14
119

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

ABŞ hakimiyyəti çirkli pulların yuyulmasına qarşı mübarizə tələblərinə əməl etməmək və sanksiyaları pozmaq ittihamları ilə “Bank of America”ya qarşı ümumilikdə 1,21 milyard dollar məbləğində cərimə tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, bank çirkli pulların yuyulması ilə bağlı təxminən 5 milyard dollar həcmində şübhəli maliyyə əməliyyatlarının qarşısını almamaqda və ya bu barədə müvafiq qurumlara məlumat verməməkdə ittiham olunur. Federal qanunvericiliyin tələblərinin pozulmasına görə bankdan əlavə 750 milyon dollar ödənilməsi də tələb edilir.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi ilə əldə olunan razılaşmaya əsasən, bank bir sıra ölkələrə qarşı sanksiyaların pozulması ilə əlaqədar 11,6 milyon dollar ödəyəcək. Nazirliyin məlumatına görə, texniki və ya insan səhvləri nəticəsində ən azı 475 belə pozuntu qeydə alınıb.