14 oktyabr 2026 10:36
124

Donald Tramp Filippində keçiriləcək ASEAN tədbirində iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 49-cu sammitində iştirak etmək üçün noyabr ayında Filippinə səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" qəzeti Filippin prezidenti administrasiyasının nümayəndəsi Kler Kastraya istinadla məlumat yayıb.

Trampın qarşıdakı səfərini şərh edən Kler Kastro bildirib: "Bu, təsdiqlənib. Lakin təfərrüatlar, yəqin ki, mənim tərəfimdən açıqlanmayacaq".

Filippin 2026-cı ildən ASEAN-a sədrlik edir. Təşkilatın 49-cu sammiti noyabrın 16-18-də Manilada keçiriləcək.