14 oktyabr 2026 16:24
175

İtaliya Ukrayna üzrə danışıqlarda Aİ-ni məhdud ölkələr qrupunun təmsil etməsinə razı ola bilər

İtaliyanın Baş naziri Corca Meloni Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda vahid nümayəndə seçmək mümkün olmadıqda, Aİ-nin mövqeyini bir qrup ölkənin təmsil edə biləcəyini istisna etmir. Onun sözlərinə görə, əsas odur ki, bu qrup hamının razılaşdığı müvafiq mandatla təmin olunsun.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"27 ölkə Avropanın səsini danışıqlar prosesinin iştirakçılarına çatdırmağa qadir olan və hamı tərəfindən mandat verilmiş nüfuzlu bir şəxsi müəyyən etməlidir. Namizəd üzrə konsensus olmasa, biz digər variantlara baxmağa hazırıq", — deyə Meloni parlamentin yuxarı palatasında çıxışı zamanı bildirib.

"Əgər Fransa, Almaniya və Böyük Britaniya məşhur E3 formatında hamımızın birgə fəaliyyətindən daha yaxşı nəticə göstərə biləcəklərini düşünürlərsə və indiyədək buna əsaslanaraq hərəkət ediblərsə, o zaman ən azından rəsmi mandat və hamının razılığını almalıdırlar", — deyə İtaliya hökumətinin başçısı qeyd edib.