14 oktyabr 2026 17:38
152

Hindistan Çinlə münasibətlərin normallaşması üçün əsas şərti açıqlayıb

Hindistanın Çinlə münasibətlərinin normallaşması iki ölkə arasındakı sərhəddə sabitlikdən asılı olacaq. Bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyi məlumat yayıb.

"Biz Çinə bildiririk ki, normal və inkişaf edən münasibətlər üçün sərhəddə sabitlik, sərhədyanı bölgələrdə sülh və sakitlik vacibdir, — deyə Hindistan xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Onun sözlərinə görə bunların pozulması gələcəkdə ikitərəfli əlaqələrə təsir göstərəcək.

Cayşankarın sözlərinə görə, iqtisadiyyat sahəsində Hindistanı xüsusilə Çinlə ticarətdəki disbalans narahat edir: "Bu, çox ciddi problemdir, disbalans tamamilə Çinin xeyrinədir. İqtisadiyyatın Hindistanın digər ölkələrlə səmərəli əməkdaşlıq etdiyi bir çox sahələrində bizim ÇXR bazarına çıxışımız və rəqabət üçün bərabər şəraitimiz yoxdur, bu da həmin ölkə ilə uğurlu işgüzar münasibətləri çətinləşdirir".

"Hindistan biznes münasibətlərinin inkişafı üçün sərhəd probleminin mütləq həll edilməsində təkid etmir. Hindistan və Çinin bir-birinin bazarlarına çıxışı məsələlərinə və biznes sahəsindəki istənilən digər addımlarımıza ayrı-ayrılıqda baxılacaq", — deyə Cayşankar vurğulayıb.