Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 5-ə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, daha 4 nəfər itkin düşüb. Daxili işlər naziri Mustafa Çiftçi itkin düşənlərdən birinin sağ tapıldığını açıqlayıb.
Qeyd edək ki, artıq bir neçə gündür, Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Yağışların davam edəcəyi bildirilir.
Bu, İstanbula 84 ildən sonra ilk leysandır.
İstanbulla yanaşı, Zonquldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində təhsil müəssisələrində dərslər iki günlük dayandırılıb.