16 yanvar 2017 22:16
304

Yavər Camalov İtaliya şirkətinin baş direktorunu qəbul edib

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov İtaliyanın “Gruppo Leonardo-Finmeccanica” şirkətinin baş direktoru Mauro Morettinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Sənayesi Nazirliyindən (MSN) APA-ya verilən məlumata görə, nazir Y. Camalov nümayəndə heyətinə MSN-nin fəaliyyəti barədə məlumat verib.

Görüş zamanı mümkün əməkdaşlıq sahələrinə dair müzakirələr aparılıb.

Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo da iştirak edib.