Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər.
“İki sahil” "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, "Starlink" terminallarının iş sürətinin məhdudlaşdırılması Avropa dövlətlərinə peyk rabitəsi sahəsində ABŞ-nin qərarlarından asılı olduqlarını nümayiş etdirib.
V.Zelenski qeyd edib ki, Vaşinqton mövcud razılaşmalardan və müqavilələrdən asılı olmayaraq sistemin işini məhdudlaşdırmaq imkanına malikdir, bu da həmin texnologiyadan istifadə edən ölkələrin təhlükəsizliyi üçün risklər yaradır.
"Bütün Avropa gördü ki, razılaşmalardan və müqavilələrdən asılı olmayaraq, "Starlink"in sürətini ABŞ-dən tənzimləmək, məhdudlaşdırmaq mümkündür", - o bildirib.
Ukrayna Prezidenti vurğulayıb ki, Avropa dövlətləri artıq "Starlink"in öz analoqlarının yaradılması üzərində işləyirlər, lakin bu işlərdə məhz hansı ölkələrin iştirak etdiyini və layihələrin hansı mərhələdə olduğunu dəqiqləşdirməyib.
Bununla yanaşı, Zelenski bu təşəbbüslərin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.
El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib
Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər
İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır