Mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerin heyəti Yəmən sahillərində gəmiyə yaxınlaşan naməlum qayığın istiqamətində xəbərdarlıq atəşi açıb.
“İki sahil” "Al Jazeera" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Qurumun məlumatına əsasən, hadisə Yəmənin Əl-Mukalla liman şəhərindən 140 dəniz mili (259 km) cənub-şərqdə baş verib.
Göyərtəsində yeddi nəfərin olduğu kiçik qayıq tankerə yaxınlaşıb və gəminin heyəti iki xəbərdarlıq atəşi açıb. Bundan sonra qayıq istiqamətini dəyişib.
UKMTO bu ərazidə hərəkət edən gəmilərə ehtiyatlı olmağı və şübhəli fəaliyyətlər barədə məlumat verməyi tövsiyə edib.
Hadisənin təfərrüatları araşdırılır.