17 oktyabr 2026 20:09
111

Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb

Türkiyənin ilk üzən hasilat platforması olan "Osman Qazi" infrastrukturunun inşa edildiyi Filyos limanından Qara dənizdəki xidmət yerinə yola salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X" sosial şəbəkə hesabında bildirib.

"Sakarya qaz yatağında təbii qaz hasilatını iki dəfə artıracaq bu mühüm investisiyanın həyata keçirilməsində əməyi olan hər kəsi təbrik edirəm", - o bildirib.