İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır.
“İki sahil” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib.
"İranın mövqeyi aydın və dəyişməzdir. Biz Yəmənin və Səudiyyə Ərəbistanının suverenliyini, müstəqilliyini, birliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Problemin həlli üçün yeganə praktik və davamlı yol kimi hərtərəfli və inklüziv siyasi prosesi müdafiə edirik", - Əraqçi "Telegram" kanalında çıxışndan sitat gətirib.
Onun sözlərinə görə, davamlı sülhə hərbi eskalasiya, məcburetmə, hədə-qorxu və ya yəmənli tərəflərin prosesdən kənarda saxlanılması ilə nail olmaq mümkün deyil:
"Regiondakı böhranların hərbi həlli yoxdur. Siyasi həll yollarını nəzərə almadan hərbi yanaşmada israr etmək vəziyyəti yalnız daha da mürəkkəbləşdirir.
İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və tərəflər arasında əvvəllər razılaşdırılmış sülh yol xəritəsi əsasında dialoqun asanlaşdırılması üçün istənilən yardımı göstərməyə hazırdır".
Türkiyə ilə Almaniya mövcud münaqişə bölgələri ətrafında fikir mübadiləsi aparıb
Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb