Bir çox tanınmış ulduzların konsertlərini təşkil edən məşhur təşkilatçı Eyyub Hüseynzadə daha bir möhtəşəm musiqi gecəsinə imza atıb.
“İki sahil” xəbər verir ki, bu dəfə onun təşkilatçılığı ilə Türkiyənin sevilən müğənnisi Ferhat Göçer Heydər Əliyev Sarayında Bakıda pərəstişkarlarının qarşısında çıxış edib. Gecə boyunca ən hit mahnılarını səsləndirən sənətçi, eyni zamanda, bir çox tanınmış ifaçıların repertuarına müraciət edərək sevilən əsərləri özünəməxsus tərzdə təqdim edib. Tamaşaçılarla səmimi söhbət edən Ferhat Göçer Azərbaycan-Türkiyə qardaşlığından söz açıb. Sənətçi həmçinin maraqlı söhbətləri və yumoristik çıxışları ilə də konsertə əyləncəli anlar qataraq zalda xoş əhval-ruhiyyə yaradıb. Təxminən iki saat davam edən konsert boyunca tamaşaçılar sənətçini tək qoymayıblar. Qonaqlar onun ifa etdiyi bütün mahnılara qoşularaq sözləri əzbərdən söyləyiblər. Hər ifanın sonunda zalı gür alqış səsləri bürüyüb.
Gecənin ən duyğusal anlarından biri isə konsertin sonunda yaşanıb. Ferhat Göçer “Ey, Əziz Anam, Azərbaycan” əsərini səsləndirib. Bu ifa zalda xüsusi coşqu yaradıb, tamaşaçılar ayağa qalxaraq sənətçini alqışlarla qarşılayıblar.
Qeyd edək ki, bu, Eyyub Hüseynzadənin təşkilatçılığı ilə baş tutan sayca dördüncü Ferhat Göçer konserti olub.
Azərbaycanın “Qarabağ xalçası” Lima Metropoliten Muzeyinin mədəni irs kolleksiyasına daxil edilib
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib