“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğundakı Xan sarayını 2026-cı ilin yanvar-sentyabr aylarında, ümumilikdə 128 487 turist bilet alaraq ziyarət edib. Onlardan 72 309 nəfəri (56,28 faiz) yerli, 56 178 nəfəri (43,72) xarici turist olub. 42 050 nəfər isə ödənişsiz qaydada Qoruğu ziyarət edib.
Bunu Şəkiyə təşkil olunan mediaturda Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib.
M.Ağabəyli məlumat verib ki, Şəki və Yuxarı Baş rayonu ərazisindəki Yuxarı Baş Milli Tarix-Memarlıq Qoruğunda tarixi abidələrin bərpası və turistlər üçün yeni turizm məhsullarının hazırlanması prosesi davam etdirilir: "Cari ildə Yuxarı Baş Milli Qoruğu ərazisində bir neçə yeni turizm məhsulunun açılışı olub və onlar artıq turistlərin istifadəsinə verilib. Şəki Tarix-Diyarşünaslıq Muzeyində 3000-dən çox eksponat mövcuddur və onlardan 2000-ə yaxını sərgilənir. Muzeyin yerləşdiyi binada bərpa və tərtibat işləri başa çatıb. Eyni zamanda Şəki Şəbəkə İstehsalatxanası ərazisində bərpa işləri yekunlaşıb və muzey kimi fəaliyyətə başlayıb. Şəki şəbəkə istehsalatxanasının ətrafında ustaların, şəbəkə sənətkarlarının işlənməsi üçün ərazilər düzəldilib və onlar bir neçə nəsil bu işlə məşğul olan Rəsulovlar ailəsinə, xüsusən şəbəkə ustası Tofiq Rəsulov və onun tələbələrinə təhvil verilib. Ərazidə eyni zamanda bir iaşə binasında iaşə obyekti yaradılıb ki, bu da turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. 19-cu əsrə aid olan Barıt Anbarı binasında Dulusçuluq İstehsalat Xanası yaradılıb."
Murad Ağabəyli əlavə edib ki, muzeylərin və yeni turizm məhsullarının hazırlanması prosesi Şəki və Yuxarı Baş ərazisində davam etdirilir: "Hazırda burada Şəki Memarlıq Muzeyinin yaradılması istiqamətində işlər aparılır, Kiş kəndində tarixi məscidin bərpa olunması istiqamətində işlər aparılır, tarixi hamamlarda Şəkidə artıq bərpa işlərinə başlanılmışdır. Eyni zamanda Yuxarı Baş ərazisində gördüyünüz döşəmə hissəsi, qala divarlarının içində döşəmə hissəsi yaxın zamanda dəyişdirilərək turistlərin istifadəsinə veriləcəkdir. Bu il ərzində, bu ilin ilk 9 ayı ərzində Yuxarı Baş Qoruğunda yerləşən xansaraya ümumilikdə 128 min turist bilet alaraq ziyarət etmişdir. Təqribən 50 minə yaxın turist biletli, yəni ödənişsiz alda giriş əldə etmişdir. Xan sarayını ziyarət edən turistlərin 45%-ni xarici turistlər, 55%-ni yerli turistlər təşkil etmişdir. Bu ümumilikdə Şəkiyə gələn turistlərin statistikası deyil, sırf xan sarayına daxil olub bilet alaraq daxil olmuş turistlərin statistikasıdır. Ümumiyyətcə qoruqları idarəetmə mərkəzi olaraq biz daim olaraq statistik məlumatları həm il ərzində bir neçə dəfə rüblük olaraq açıqlanır."
Orxan Vahidoğlu, "İki sahil"