Albaniyanın aparıcı müxalif qüvvəsi olan Albaniya Demokratik Partiyası (ADP) Nazirlər Kabinetinin dərhal istefaya getməsini və növbədənkənar seçkilərin keçirilməsi üçün keçid hökumətinin yaradılmasını tələb edir.
“İki sahil” xəbər verir ki, bu barədə partiyanın Xalq Məclisindəki fraksiyasının üzvü Belind Kelliçi bəyan edib.
"Bu gün Albaniyanın son 35 ildə ən güclü tələbə hərəkatını yaşadığı onuncu gündür. Bu, Edi Rama hökumətinin səmərəsiz idarəçiliyi, təkəbbürü, korrupsiyası və dövləti qəsb etməsi ilə barışmaqdan imtina edən bir nəslin cavabıdır", — deyə CNA portalı deputatın parlamentdəki çıxışından sitat gətirir.
Deputat hesab edir ki, müxalifətin hazırkı siyasi və vətəndaşlıq borcu etirazçıları dəstəkləməkdən ibarətdir.