17 yanvar 2017 18:35
445

Minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır

Cəbhəboyu zonada yerləşən hərbi hissələrin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

“İki sahil” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan heyətlər 120 millimetrlik özüyeriyən CARDOM minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikası, canlı qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir.

Döyüş minalarından istifadə edilməklə keçirilən məşqlərdə şəxsi heyət bölmələrin döyüş və səfər düzülüşü, hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativləri icra edir.

Məhərrəm Ağalaroğlu