Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışlayır.
“İki sahil” xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bildirib.
Onun sözlərinə görə, Hindistan Cənubi Qafqazdakı hadisələri diqqətlə izləyir və ötən ilin avqustunda Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmalarını alqışlayıb: "Ümid edirik ki, bu, davamlı sülhün bərqərar olmasına gətirib çıxaracaq. Hindistanın mövqeyi tamamilə aydındır: mübahisələr dialoq və diplomatiya vasitəsilə həll edilməlidir".
Prezidentin sosial şəbəkə hesablarında Hindistanın xarici işlər nazirinin qəbuluna dair video paylaşılıb
Auditorlar Palatasında Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib FOTO
Hindistan XİN: Azərbaycanla iqtisadi əlaqələrin inkişafı gündəliyimizdə əsas yer tutur