23 oktyabr 2026 22:18
141

Azərbaycan çempionatları tarixində on beş mininci qol vurulub

Azərbaycan çempionatları tarixində yüksək liqada on beş mininci qol vurulub.

“İki sahil” Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, yubiley topu Azərbaycan Premyer Liqasının IX turunun ikinci matçına təsadüf edib.

“Zirə” - “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə on beş mininci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.

Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.