24 oktyabr 2026 18:22
134

MPL: “Kəpəz” “Şəfa”ya qalib gəldi

Misli Premyer Liqasında 9-cu turunda “Şəfa” “Kəpəz”i qəbul edib.

“İki sahil”in məlumatına görə, qarşılaşmanın 65-ci dəqiqəsində Maudo Jarjue hesabı açıb. 74-cü dəqiqədə Şakir Seyidov bərabərlik qolunu vurub. 80-ci dəqiqədə topu qapı xəttindən keçirən Benito qonaqları hesabda önə çıxarıb – 1-2.

Bununla da Gəncə səfərdə qələbəyə sevinən tərəf olub.

Misli Premyer Liqası

IX tur

24 oktyabr (şənbə)

16:30. “Şəfa” 1-2 “Kəpəz”

Qollar: Maudo Jarjue, 65 (1:0), Şakir Seyidov, 74 (1:1), Benito, 80 (1:2)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev, Vüqar Həsənli (VAR), Namiq Hüseynov (AVAR)

“SOCAR Polymer Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”