"Santos" klubunun hücumçusu Neymar Braziliya çempionatının 32-ci turunda "Bahiya" ilə matçda (1:1) meydandan qovulmasını irqçilik təzahürü adlandırıb.
“İki sahil” xəbər verir ki, futbolçu bu barədə "Instagram" səhifəsində paylaşım edib.
Neymar qarşılaşmanın 46-cı dəqiqəsində qeyri-idman davranışına görə qırmızı vərəqə alıb. O, oktyabrın 28-də səfərdə "Palmeyras"la keçiriləcək növbəti oyunu buraxacaq.
"Adətən meydanda baş verənlər barədə danışmağı sevmirəm, amma Nestor Pitana (matçın hakimi – red.) mənimlə çox ciddi bir hərəkət etdi. Bu, çox ciddi məsələdir, çünki irqçiliyə qarşı yaradılmış qanun var və o, bundan öz xeyrinə istifadə etmək istədi. Çox məyusam, çünki o, çox hiyləgər davrandı. Mən topu onun bel nahiyəsinə atdım, o isə üzündən tutdu. Belə etmək olmaz", – futbolçu bildirib.
Qeyd edək ki, "Santos" Braziliya çempionatının turnir cədvəlində 46 xalla 8-ci yerdə qərarlaşıb.