25 oktyabr 2026 14:19
118

Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb

Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində qar yağıb.

“İki sahil” xəbər verir ki, qar Şahbuz rayonunun yüksək dağlıq ərazilərində, eləcə də Ordubad rayonunun Nürgüt kəndi ətrafında, Göygöl və Gəmiqayırma zirvələrində müşahidə olunub.

Bundan başqa, Parağaçay ərazisində, 3500 metr yüksəklikdə yerləşən Səfər dərəsi və Qapıcıq zirvəsinə də qar yağıb.