27 oktyabr 2026 09:46
143

Tramp İranla yayda əldə olunan atəşkəsi vaxt itkisi adlandırıb

ABŞ Prezidenti Donald Tramp İranla münaqişə zamanı yayda hərbi əməliyyatların dayandırılmasını vaxt itkisi hesab etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, o, bu barədə Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Tramp atəşkəsdən o qədər də razı qalmadığını qeyd edərək, bunun vaxt itkisi olduğunu düşündüyünü bildirib. Onun sözlərinə görə, atəşkəs dövründə bir neçə gəminin Hörmüz boğazından keçməsinə icazə verilməsi də məqsədəuyğun olmayıb.

ABŞ Prezidenti, həmçinin münaqişənin başlanması ilə bağlı danışaraq, hərbi əməliyyatların daha əvvəl həyata keçirilməli olduğunu iddia edib.