27 oktyabr 2026 10:49
113

Polşa əhalisi bir ildə 165 min nəfər azalıb

Polşa əhalisi azalmaqda davam edir. Sentyabr ayında ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə 165 min nəfər az insan qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Polşa Baş Statistika İdarəsinin (GUS) açıqladığı statistik məlumatlarda bildirilir.

GUS-un məlumatına görə, sentyabrın sonunda Polşada 37,212 milyon sakin yaşayıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 165 min nəfər, 2025-ci ilin sonu ilə müqayisədə isə 121 min nəfər azdır.

Həmin dövrdə ölkədə 176 min uşaq dünyaya gəlib ki, bu da 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6 min nəfər azdır. Bu müddət ərzində təbii itki 305 min nəfər təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 3 min nəfər çoxdur.