Niger hökuməti Çadı Fransanın dəstəyi ilə Nigerin Agades bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirməkdə günahlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.
Niameyin məlumatına görə, hücum nəticəsində iki dinc sakin həlak olub, bir neçə nəfər isə yaralanıb.
Niger hökuməti qeyd edib ki, milli Müdafiə və Təhlükəsizlik Qüvvələri tərəfindən aparılan təhqiqat baş vermiş hadisənin təfərrüatlarını müəyyən etməyə imkan verib. Hökumət Çadın artıq bir neçə aydır Nigerə qarşı düşmənçilik siyasəti yürütdüyünə, dinc əhaliyə, eləcə də ölkənin strateji infrastruktur və energetika obyektlərinə hücumlar edən muzdlulara sığınacaq verdiyinə dair sübutlara malikdir.
Niger hakimiyyəti izahat vermək üçün Çadın Niameydəki səfirini çağırmaq, habelə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını və beynəlxalq təhqiqatın aparılmasını tələb etmək niyyətində olduğunu bəyan edib.
Niderland 2027-ci ildə "Avroviziya" mahnı müsabiqəsində iştirakdan imtina edib
ABŞ məhkəməsi FTB-nin sabiq rəhbərinin qızının işdən çıxarılmasını qanunsuz hesab edib