27 oktyabr 2026 13:25
122

Pekin Braziliyadakı seçkilərin nəticələrini dəstəkləyir

Çin Braziliya xalqının müstəqil seçiminə hörmətlə yanaşır.

“İki sahil” xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qo Szyakun ABŞ Prezidenti Donald Trampın Braziliyadakı seçkilərdə iddia olunan saxtakarlıqlar barədə bəyanatlarını şərh edərkən bildirib.

"Biz Braziliya xalqının müstəqil seçiminə hörmətlə yanaşırıq", — deyə o, keçirilən brifinqdə vurğulayıb.

Daha əvvəl Tramp Braziliyada baş tutan prezident seçkilərini "dəhşətli" adlandırıb və onun nəticələrinin saxtalaşdırıldığını hesab etdiyini bildirib. Buna baxmayaraq, Amerika liderinin iddia etdiyinə görə, o, heç kimin tərəfini saxlamayıb və yeni müddətə prezident seçilən Luis İnasio Lula da Silva ilə yaxşı münasibətdədir.