Oktyabrın 31-də cüdo böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək. Turnirdə 13 klub və idman cəmiyyətini təmsil edən 74 cüdoçu mübarizə aparacaq.
Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Məkan: Sumqayıt Olimpiya İdman Kompleksi
Arenaya giriş sərbəstdir.
Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib